"Qafqazinfo"ya daxil olan məlumata görə, “Intertech” şirkəti ilə əməkdaşlıq çərçivəsində, Bankın proqram təminatı yenilənəcək, internet və mobil bankçılıq xidmətləri müştərilərə təqdim ediləcəkdir.
“Intertech” şirkəti 1987-ci ildə qurulub. Dünyanın 30-dan artıq – “Denizbank”, “Sberbank”, “Royal Bank of Scotland”, “Citibank”, “Standard Chartered” kimi maliyyə təşkilatlarına xidmət göstərməkdədir. “Microsoft”, “HP”, “Intel” və “Oracle” şirkətlərinin rəsmi tərəfdaşıdır.
Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın məcmu kapitalının həcmi 67,4 milyon manat təşkil edir. Bankın digər xidmətləri haqqında www.asb.az ünvanından ətraflı məlumat alına bilər.
Son xəbərlər
Son Xəbərlər