Asbest dəli edir

asbest-deli-edir
Oxunma sayı: 1967

Son illərdə tikinti materiallarının zəhərli olması barədə qızğın müzakirələr, binaların daxilində tətbiq edilən məhsullardan, gözlənilmədən dam örtüklərinə keçdi. Xüsusi ajiotajı isə ilk baxışdan məsum görünən şifer yaradır. Adi məntiq isə deyir: ev pişiklərdən savayı heç kimin birbaşa olaraq təmasda olmadığı dam örtüyü çətin ki əhatə olunduğumuz divarlardan daha böyük təhlükə yaratsın. Lakin “yazıq” şiferin pisləndiyi kontekstə dərindən nəzər salsaq bütün məsələ aydın olacaq.

1986-cı ildə Beynəlxalq Əmək Təşkilatı tikinti materiallarının istehsalında geniş istifadə olunan, lifli mineral növlərindən biri olan asbestin sağlamlıq üçün xüsusi təhlükə törətdiyini bəyan etdi. Amfibol asbesti qadağan olundu. Amfibol çıxarılan ölkələrdə, ehtiyatı əldən verməmək üçün asbesti bir sinif kimi qadağan etmək qərarına gəldilər. Bu qadağa asbestin istənilən formasına və eləcə də onun şifer formasında istifadə olunmasına şamil olunurdu. Asbest əleyhinə isteriyanın təşəbbüskarı Birləşmiş Ştatlar oldu.

Elə 1980-ci illərin özündə alimlər tərəfindən asbestin digər növü olan xrizotilin insan üçün təhlükə törətmədiyi çox aydın şəkildə sübut olundu. Amfibol və xrizotil bir-birinin əksidirlər. Amfibol turşu təsirinə qarşı dayanıqlıdır və qələvi mühitlərdə həll olunur, xrizotildə isə bu əksinədir. Bunun sayəsində, xrizotil təhlükəli xəstəliklər törədə bilən amfiboldan fərqli olaraq ən qisa müddətdə ağ ciyərlərdən təmizlənir.

Yeri gəlmişkən, xrizotilə havada və suda hər yerdə rast gəlinir. Hər hansısa insan və ya sənaye fəaliyyətindən deyil, məhz regiondan asılı olaraq hər bir insan hər gün 10 000-15 000 arası xrizotil lifini hava ilə birlikdə udur və hər litrində 200 000-2 000 000 arası lif olan su içir. Maraqlıdır ki, elə ABŞ-ın özündə də bu günə kimi su kəməri şəbəkələrinin bir çoxu möhkəm, etibarlı asbest-sement borularından tikilib.

Buna baxmayaraq şifer şəklindəki xrizotilin təqib edilməsi geniş forma alır. Özü də bu hətta ən iri xrizotil yataqlarından birinin yerləşdiyi keçmiş SSRİ ərazisində baş verir və buna görə də ənəvi olaraq yalnız bu təhlükəsiz asbest növü istifadə olunub və olunur.

Belə görünür ki, şiferi əvəz etmək üçün nəzərdə tutulan dam örtüyü materiallarında istifadə olunan süni mineral liflər üzərində dərin araşdırmaların sayı artdıqca şifer haqqında qorxulu hekayələrin sayı artır. Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik (XÖBA) asbestin praktiki olararaq bütün məlum evəzedicilərinin insan orqanizminə kanserogen təsir göstərdiyini təsdiq etdi. MAK Alman komitəsi tərəfindən hazırlanmış "xərçəngin mümkün səbəbləri kimi nəzərdən keçirilməli olan maddələr" siyahısında şüşə lifi, şüşə yunu, mineral pambıq, odadavamlı keramik liflər kimi materiallar yer almışdır. Tədqiqatlar həyəcan doğurur: keramik lifin yarım parçalanma müddəti 60 gündür, aramid lifdə bu müddət 90 gün, sellüloz lifində isə 1000 gündən artıqdır.

Xrizotilin şübhə doğuran “oxşarlarının” istifadə edildiyi tikinti materiallarının illərin sınağından keçmiş şiferdən baha olmasını və bununla yanaşı həm də daxili işlər üçün tətbiq olunmasına nəzərə aldıqda, ictimai şüura asbest qorxusunun yeridilmə məntiqi aydın olur.