Asif Əsgərov iyunda 4 səyyar qəbul keçirib

asif-esgerov-iyunda-4-seyyar-qebul-kecirib
Oxunma sayı: 796

Nəsimi rayon İcra Hakimiyyətində 2019-cu ilin iyun ayı ərzində 4 səyyar qəbul keçirilib.

İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 600-dən artıq sakinin iştirak etdiyi qəbullarda 36 müraciət dinlənilib.

Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb.

Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.

Görüşlərdə icra başçısı Asif Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən çoxşaxəli işləri qeyd edərək, bildirib ki, dövlət başçısı tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.