Asif Əsgərov sakinlərin müraciətlərini dinləyib - Foto

asif-esgerov-sakinlerin-muracietlerini-dinleyib
Oxunma sayı: 851

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib.

“Qafqazinfo” xəbər verir ki, Cavadxan küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən Qəyanə Abbasova, Azər Aslanov, Könül Cavadova, Güllü Qafarova və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması barədə müraciətlər edib, təkliflər irəli sürüblər. 

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.