Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda İ.Qasımov küçəsi, C.Məmmədquluzadə küçəsi, C.Səlimov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilib.
Sakinlərdən Məmmədov Rasim, Əhmədova Mahidə, Əliyeva Təranə, Əhmədov Vidadi, Hacıyeva Gülnarə, Əsgərov Hacı və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, ağacların budanması, həyətin abadlaşdırılması barədə müraciətlər edib.
Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.
.jpg)
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər