Asif Əsgərov səyyar qəbul keçirib - Foto

Asif Əsgərov səyyar qəbul keçirib
Oxunma sayı: 524

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü mikrorayon Cavadxan küçəsi 10-18 ünvanda növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, sakinlərin müraciətlərini dinləyib, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə edib. Mikrorayonda, o cümlədən Cavadxan, H.B.Əliyev, A.Mustafayev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən Haqnəzərov Fuad, Əzimova Zəminə, Məmmədova Kəmalə, Mirzəyeva Dilbər, Kərimova Südabə, Babayeva Mətanət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi, mənzil növbəliliyi barədə müraciətlər ediblər.

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Cavadxan küçəsi 10-18 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunub, müzakirələr aparılıb, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi