Asim Mollazadə səfirlərlə görüşdü

asim-mollazade-sefirlerle-gorusdu
Oxunma sayı: 896


Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə,  Çexiya səfiri Vitezslav Pivonka ilə  görüşdə Azərbaycan-Çexiya münasibətləri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq, regiondakı son durum müzakirə olunub. Argentina səfiri Karlos Dante Riva ilə görüşdə isə ölkələrimiz arasındakı münasibətlər, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq perspektivləri, regional proseslər, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Asim Mollazadə hər iki səfirə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.