Asim Xudiyev ÇL matçına təyinat aldı

asim-xudiyev-cl-matcina-teyinat-aldi
Oxunma sayı: 1314

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 

“Qafqazinfo” xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) qarşılaşmasında iş başında olacaq. Xudiyev Estoniyadan olan hakimlər briqadasının fəaliyyətinə qiymət verəcək.
 
Qeyd edək ki, görüş avqustun 18-də Tbilisidə gerçəkləşəcək.