Aşıq Əli məhkəməyə məktub göndərib

asiq-eli-mehkemeye-mektub-gonderib
Oxunma sayı: 772

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində toyda içəndən sonra Aşıq Əlinin qohumunu öldürməkdə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə şahid Aşıq Əlinin məhkəməyə gəlmədiyi məlum olub.

Hakim bildirib ki, o, məhkəməyə məktub yazaraq Rusiyada olduğunu və həmin toyda sadəcə saz ifa etdiyini qeyd edib. Əli Tapdıqoğlu bildirib ki, məhkəməyə gələ bilməyəcək və istintaqa ifadəsini təsdiq edir.

Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçıxı çıxış edərək V.Neymətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Mərhum Fəxri Kərimovun atası Kamal Kərimov isə ona ömürlük cəza verilməsini istəyib: “Mənim oğlum ömürlük getdi”.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Murad Əhməd