Aşıq Əli qrup yaratdı

asiq-eli-qrup-yaratdi
Oxunma sayı: 1777

Aşıq Əli Tapdıqoğlu və Vüqar Mahmudoğlunun rəhbərliyi ilə yeni aşıqlar qrupu yaradılıb.

"Qafqazinfo"nun məlumatına görə, qrupda Sahib Qaçayev, Asif Xasanoğlun və bir neçə gənc musiqiçilər təmsil olunur.

Aşıq Əli qrupla bağlı təəssüratlarını bölüşüb:

“Məqsədimiz həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompazisiyalar təqdim etməkdir. Hazırda yeni proqram üzərində çalışırıq. Sıradan havalar olmayacaq. Eyni zamanda unudulan el hav

alarını müasir dövrümüzə gətirib çıxarmağı və cəmiyyətə sevdirməyi qarşımıza məqsəd qoymuşuq. Qrupla demək olar ki, hər gün məşq edirik. Proqram peşəkar səviyyədə təqdim ediləcək. İlk çıxışımız 27-28 apreldə Şəkidə keçirirləcək dövlət tədbirində nəzərdə tutulub".