Aşıq Samirə duet ortağı ilə klip çəkib

asiq-samire-duet-ortagi-ile-klip-cekib
Oxunma sayı: 1809


“Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Söz və musiqi bir-birini çox tamamlayır. İnşallah eşidəndə çoxları mənimlə həmfikir olacaqlar. Tərif kimi çıxmasın, içimdən bir səs deyir ki, bu real hitə namizəddir. Bütün sevib-sevənlər “Xoşbəxt oluram”da öz pak hisslərini tapacaqlar. Ceyhun və Anara bu gözəl mahnı üçün təşəkkür edirəm. Klipin ilk çəkiliş gününə gəlincə, yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir. Özüm də daim yeniklik etməyə səy göstərən gənclərdənəm. Odur ki, həm Delee həm də Səbinə xanımın, komandamızın işindən razı qaldım. Əlbəttə ki, yekun qərarı tamaşaçı verəcək. Çəkdiyimiz zəhmətin hədər getməyəcəyinə inanıram”.