Asiyalı milyarderdən xanımına 77 milyon dollarlıq hədiyyə - Fotolar

asiyali-milyarderden-xanimina-77-milyon-dollarliq-hediyye
Oxunma sayı: 7886

Asiyanın ən varlı adamı, milyarder Mukeş Anant Ambani qarşıdan gələn toyu ərəfəsində gələcək həyat yoldaşı Radhika Merchanta 77 milyon dollar dəyərində ev hədiyyə edib. 

“Qafqazinfo” “Forbes”ə istinadən xəbər verir ki, ev Dubayda yerləşir.

Təxminən 70 metrlik şəxsi çimərliyi olan bu malikanə əmirliyin ən bahalı evlərindən biridir. 

“Palm Jumeirah”da yerləşən malikanənin interyerlərində açıq işıqlandırma və sənət əsərləri mövcuddur.

Qeyd edək ki, toy iyulun 12-də baş tutacaq və ilin ekstravaqant hadisələrindən biri olacağı gözlənilir.

Xatırladaq ki, martın 2-də sözügedən toyun ilk hissəsi baş tutmuşdu. Qonaq siyahısında Rihanna, Bill Qeyts, Mark Zukerberq, Disneyin baş direktoru Bob Ayger, Şahrux Xan da daxil olmaqla saysız-hesabsız nüfuzlu insanlar var idi.