“Aşk-ı Memnu” koronavirusa görə ekranlara qayıdır

ask-i-memnu-koronavirusa-gore-ekranlara-qayidir
Oxunma sayı: 4965

Türkiyə istehsalı olan fenomen serial “Aşk-ı Memnu” ekranlara qayıdır. “Qafqazinfo” xəbər verir ki, Kanal D rəhbərliyi karantin dövründə tamaşaçı istəyini nəzərə alaraq belə bir addım atıb.

Tvitter sosial şəbəkəsində “Aşk-ı memnu efirə qayıtsın” adlı kampaniyadan sonra reytinqli “İkinci Sayfa” maqazin proqramının yayımı müvəqqəti olaraq dayandırılıb.

Həmin vaxtda, yəni Türkiyə saatı ilə hər gün 10:45-də sözügedən ekran işi yayımlanacaq.

“İkinci Sayfa” isə şənbə və bazar günləri tamaşaçı qarşısına çıxacaq.