“Aşk-ı Memnu”nun Hilmisi dəfn olundu - Fotolar

ask-i-memnunun-hilmisi-defn-olundu
Oxunma sayı: 7934

Türkiyənin məşhur aktyoru Recep Aktuğ bu gün torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, dünən 65 yaşında dünyasını dəyişən sənətçi ilə vida mərasimi Zincirlikuyu Məscidində keçirilib. 

Yasda Aktuğ ailəsi, müğənni Candan Erçetin, aktyor Kıvanç Tatlıtuğ, İlker Kızmaz və başqaları iştirak edib.

Aktyorun xanımı Gül Aktuğ KİV nümayəndələrinə qısa açıqlama verib. “Nə deyə bilərəm? Çox kədərliyəm. 40 illik həyat yoldaşımı itirmişəm. Bir il müalicə aldı. O xilas oldu, mən isə nə edəcəyimi bilmirəm”,- deyə qeyd edib.

Qeyd edək ki, Recep Aktuğ “Aşk-ı Memnu” serialında Hilmi obrazı ilə daha da məşhurlaşmışdı.