Aslan Hüseynov dəfn olundu - Foto

Aslan Hüseynov dəfn olundu
Oxunma sayı: 6332

Bu gün Bakı-Qazax avtomobil yolunda qəzaya düşərək dünyasını dəyişən Aslan Hüseynov Gəncə şəhərində dəfn olunub.

"Qafqazinfo"  Report-a istinadən xəbər verir ki, mərhum İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə pandemiya səbəbindən Aslan Hüseynovun yalnız yaxınları iştirak ediblər.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb.

Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.