Aslan İsmayılov yenidən Vəkillər Kollegiyasına qəbul edildi - Foto

aslan-ismayilov-yeniden-vekiller-kollegiyasina-qebul-edildi
Oxunma sayı: 7299

Bir neçə il əvvəl Azərbaycan Vəkillər Kollegiyasından xaric edilən tanınmış hüquqşünas Aslan İsmayılovun yenidən bu quruma üzvlüyü bərpa olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında İsmayılovun özü məlumat verib.

Kollegiyaya üzvlük vəsiqəsini paylaşan A. İsmayılov qeyd edib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bununla bağlı qərar qəbul olunub.

Qeyd edək ki, A. İsmayılov 2013-cü ildə N.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə vəkillikdən xaric edilmişdi.