“Aslanovun təsiri ilə Vüqara ömürlük həbs verilib” – - Vəkil

aslanovun-tesiri-ile-vuqara-omurluk-hebs-verilib-
Oxunma sayı: 5213


“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Məmmədov qeyd edib ki, hökmlə tanış olduqdan sonra belə qənaətə gəlib ki, ədalət bərpa olunacaq: “Qəsdən adam öldürmə işləri üzrə bir nəfərin öldürülməsinə görə məhkəmə təcrübəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfıra bərabərdir. Əliyev Vüqar İbrahim oğlu həqiqətdə Aslan Aslanovun oğlunu öldürmədiyi məlumdur. Əgər bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlükdən azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyildir.

İstinitaqçılar belə nəticiyə gəliblər ki, guya bu cinayət hadisəsi Şəmkir rayon İcra hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun öz xidməti vəzifəsini təsirləndirilən şəxsin və ya ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbilə baş verib. Bu səbəbdən də, Əliyev Vüqar İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.3-cü, yəni zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsilə də ittiham verilib.

Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik. Lakin bütün bunlara baxmayaraq, Aslan Aslanovun məhkum Əliyev Vüqar İbrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq mühafizə orqanlarına təsiri ilə nail olub”.

Murad Əhməd