Aslı Enver yeni sevgilisi ilə əl-ələ görüntüləndi - Foto

asli-enver-yeni-sevgilisi-ile-el-ele-goruntulendi
Oxunma sayı: 3067

Türkiyəli aktrisa Aslı Enverin adı bir müddətdir iş adamı Berkin Gökbudakla hallanır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Aslı Caddebostanda iş adamı ilə əl-ələ görüntülənib. Birlikdə vaxt keçirən cütlük diqqət mərkəzində olduqlarının fərqinə belə varmayıb.

Məlumata görə, Aslı və Berkin yaxın dostları sayəsində tanış olublar. Gökbudakın 8 yaşlı övladı var.

Qeyd edək ki, 2019-cu ildə müğənni Murat Bozla illərdir davam edən münasibətinə son qoyan Aslı Enver daha sonra iş adamı Önder Öztarhanla sevgili olmuş, lakin bu ilin aprelində də bu əlaqəsini sonlandırmışdı.