Hamı Murat Boz və Aslı Enverin Nihal-Bahar Candana görə ayrıldığını iddia edir. Ancaq ayrılığın altından Özcan Deniz çıxıb. Belə ki, rejissor-aktyorun ətrafında olan dostları Aslı İlə Özcanın 1 aydan çoxdur ki, sevgili olduğunu bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, hətta, Deniz Aslını öz ailəsi ilə tanış edib. Özcan aktrisa üçün 26 yaşlı sevgilisi Selin Yağcıoğlunu tərk edib.
Aslı isə Bozun ona xəyanət etməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib. Onun bu cür addım atmasına səbəb isə öz xəyanətini ört-basdır etmək olub.
Qeyd edək ki, Özcanla Aslı "İstanbullu gelin" serialında rol alırlar.



Son xəbərlər
Son Xəbərlər