AŞPA koronavirusa görə bütün iclasları təxirə saldı

aspa-koronavirusa-gore-butun-iclaslari-texire-saldi
Oxunma sayı: 888

AŞPA “COVİD-19”  yoluxucu xəstəliyinin qarşısının alınması məqsədi ilə bütün iclasları təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın veb-saytında açıqlama verilib. Açıqlamada qeyd olunur ki, qərar iclasların keçirildiyi ölkə Fransa və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, Assambleya üzvlərinin, dəvət olunanların və katibliyin sağlamlığını qorumaq, həmçinin virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, AŞPA həmçinin vacib sayılmayan bütün səfərləri də təxirə salıb.