AŞPA müşahidə missiyasının Bakı səfəri başlayıb - Namizədlərlə görüşəcəklər

aspa-musahide-missiyasinin-baki-seferi-baslayib
Oxunma sayı: 1150

Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycana səfəri başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün twitter səhifəsində yazıb.
 
Səfər zamanı prezidentliyə namizədlərlə görüş keçiriləcək. 

Xatırladaq ki, 33 nəfərlik nümayəndə heyətinə rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edəcək. Onlar ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.