Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılmasına münasibət bildirib.
“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Aqramunt İ.Əliyevin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarını alqışladığını qeyd edib:
“Hüquq-müdafiəçisi İntiqam Əliyevin Azərbaycan Ali Məhkəməsinin qərarı ilə azadlığa çıxması müsbət addımdır. Bu qərar təkcə İntiqam Əliyev və ailəsi üçün deyil, güclənməli və müstəqil hərəkət etməli olan Azərbaycan məhkəmə sistemi üçün də mühüm qərardır…
Mən siyasi fəal İlqar Məmmədovun işi üzrə də Azərbaycan hakimiyyəti ilə dialoqları davam etdirəcəm”.
Son xəbərlər
Son Xəbərlər