AŞPA sədrinə qadağalar qoyuldu - “Etibarı itirib”

aspa-sedrine-qadagalar-qoyuldu
Oxunma sayı: 683

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunta Assambleyanın adından çıxış etmək qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, AŞPA Bürosu bəyan edib ki, Aqramunt qurumun adından bəyanat verə və qurumun təmsilçisi kimi səfərlərdə iştirak edə bilməz. Belə ki, o, “etibarı itirib”. 

AŞPA-nın britaniyalı nümayəndə heyətinin rəhbəri Rodjer Qeyl bununla bağlı açıqlama verib: “Başa düşdüyünüz kimi Aqramunt Büronun bugünki iclasına rəhbərlik etməyib. Onun yoxluğunda mən rəhbərlik etdim”. 

Qeyl bildirib ki, Büroda prezidentə etibarın olmaması ilə bağlı qərar qəbul edilib: “O, assambleyanın adından bəyanat verə, səfərlərdə iştirak edə bilməz.

Dürüstlük və Avropa Şurası, AŞPA-nın prinsipləri onun ayrı-ayrı üzvlərindən daha vacibdir”. 

Qeyd edək ki, Aqramunt Suriyaya səfər etməklə səhv addım atdığını etiraf edib. Assambleyada parlament dinləmələri zamanı ona səfəri ilə bağlı suallar verilib, AŞPA sədri isə sualları bu həftənin cümə günü cavablandıracağını bildirib. Daha sonra Aqramunt zalı tərk edib və Assambleyanın toplantılarına bu günə kimi qatılmayıb. 

Xatırladaq ki, Aqramunt mart ayında Suriyaya səfər edib və prezident Bəşər Əsədlə görüşüb. O, səfərinin şəxsi xarakter daşıdığını bildirsə də, bu addımı AŞPA kəskin tənqidlərə səbəb olub.