AŞPA-ya ilk dəfə qadın baş katib seçildi

aspa-ya-ilk-defe-qadin-bas-katib-secildi
Oxunma sayı: 1798

Despina Çatsivaliu-Tsovilis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni Baş katibi seçilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, səsvermə AŞPA-nın qış sessiyası çərçivəsində keçirilib.

Despina Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadındır. Bundan əvvəl o, AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin katibliyinə rəhbərlik edirdi.

AŞPA-nın baş katibinin müavini postuna isə Born Berq seçilib.

Qeyd edək ki, AŞPA-nın 2021-ci il sessiyasının ilk hissəsi yanvarın 25-dən 28-dək hibrid formatda keçiriləcək və üzvlərə iclasda distant formada və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılıb.