Assanc vətəndaşlıqdan çıxarıldı

assanc-vetendasliqdan-cixarildi
Oxunma sayı: 2116

Ekvador “WikiLeaks”in qurucusu Culian Assancı vətəndaşlıqdan çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Quitonun Piçinça Məhkəməsində Assancın vətəndaşlığının ləğvinə dair məhkəmə keçirilib.

Məhkəmə onun vətəndaşlığını ləğv edib. Bildirilib ki, Assancın vətəndaşlıq məktubunda bir çox çatışmazlıqlar, fərqli imzalar, sənədlərdə dəyişiklik və ödənməmiş ödənişlər var.

Qərar rəsmi olaraq Assanca çatdırılıb.

Qeyd edək ki, Ekvador 2018-ci ildə Assanca vətəndaşlıq vermişdi. O, 2019-cu ildə həbs olunmuşdu.