“WikiLeaks” portalının yaradıcısı Julian Assanj ABŞ-a təhvil verilə bilər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ekvadorun sabiq Xarici İşlər naziri Rikardo Patinyo məlumat verib. Onun sözlərinə görə, bu ehtimala səbəb Ekvador Prezidenti Lenin Morenonun xəyanətidir.
Sabiq nazirin fikrincə, Moreno insan haqları və sığınacaq barədə beynəlxalq normaları pozub.
Morenonun Ekvadorda nüfuzunun getdikcə zəiflədiyini bildirən Patinyo ABŞ-ın ona “sakit gələcək” vəd etdiyini iddia edib.
Son xəbərlər
Son Xəbərlər