Assanja hökm oxundu

assanja-hokm-oxundu
Oxunma sayı: 1159

London məhkəməsi “WikiLeaks” portalının qurucusu Julian Assanj barəsində hökm oxuyub.

“Qafqazinfo”nun “Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, jurnalist şərti azadlığa çıxma maddəsini pozduğu üçün 50 həftə müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O, 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.