AST Telman milyarder-oliqarxın doğum günündə olub

ast-telman-milyarder-oliqarxin-dogum-gununde-olub
Oxunma sayı: 673

Aprelin 8-də, Daşkənddəki beşulduzlu “Hyatt” otelində bir vaxtlar Özbəkistan prezidedenti İslam Kərimovun düşmənləri sırasında olan milyarder-oliqarx Fattoh (Patox) Şodiyevin dəbdəbəli ad günü olub.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, Özbəkistanda anadan olan, lakin Qazaxıstanda biznes fəaliyyəti quran Şodiyevin ad günündə onun dostlarından milyarder Aleksandr Maşkeviç və Rusiya məhkəməsinin qərarı ilə müflis elan olunan Telman İsmayılov da olub. Hansı ki, çoxsaylı kreditorlar pullarını tələb etmək üçün T.İsmayılovu əliçıraqlı axtarmaqdadır. Bundan əvvəl Rusiya mətbuatı onun borcluların əlindən qaçdığını və Türkiyədə gizləndiyini bildirmişdi.

Lakin mənbələr bildirir ki, gözləntilərin əksinə olaraq Şodiyevin ad gününə onun tələbə yoldaşı, özbək əsilli rusiyalı oliqarx Əlişir Usmanov təşrif buyurmayıb. Şahidlər deyiblər ki, masaların üstündə ləziz təamlardan bamaq basmağa yer yox idi, bir vaxtlar Özbəkistana ayaq basması qeyri-mümkün olan milyarderi təbrik etmək üçün onlarla özbək məmuru, o cümlədən paqonlular növbəyə düzülmüşdü. Qonaqları isə Rusiya estradasının ulduzları əyləndirirdi. Bu hörmətin səbəbi isə budur ki, İslamKərimovun ölümündən və hakimiyyətə baş nazir Şövkət Mirzioyevin gəlişindən sonra Şodiyevin Özbəkistana yolu açılıb, onun ölkəyə sanballı yatırımlar qoyacağı haqda xəbərlər dolaşır.