AST Telmanın villaları da satışa çıxarıldı- - Türkiyə mətbuatı

ast-telmanin-villalari-da-satisa-cixarildi-
Oxunma sayı: 4721


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq oteli almaq istəyən müştərilər bunun üçün “sıraya düzülüblər”. İş adamının ümumi borcunun 584 milyon TL-ni aşdığı göstərilir.

Otellə yanaşı, Telman İsmayılovun şəxsi istifadəsində olan, 6 lüks villanın yerləşdiyi 104 min 719 kvadrat metrlik ərazi də satışa çıxarılıb.

Hərrac üsulu ilə  ilk satış Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun  3-də keçiriləcək. Otel üçün 650 milyon TL, villalar üçün isə ilkin qiymət 69 milyon 750 min 650 TL müəyyən edilib. İlk hərracda satılmazsa, növbəti satış iyulun 30-da keçiriləcək.  Bundan başqa, 11 min 655 kvadrat metrlik ümumi sayı 6 ədəd olan VİP villa da ayrıca satışa çıxarılıb.

Qeyd edək ki, otel rəsmi açıqlamasında yayılan xəbərləri təkzib etmişdi.