Yeni ilin ilk günləri “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun qonağı olan və sosial şəbəkədə fotosunu paylaşan müğənni Xəyyam Nisanov həmin görüş barədə danışmaq istəməyib.
“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, X.Nisanov bildirib ki, “AST Telman”la münasibətləri haqda danışmaq istəmir: “Hər zaman demişəm ki, mənə sənətimlə bağlı suallar verin. Mən sənət, mahnılar, bəstəkarlar haqda danışmağı sevirəm. Çünki müğənniyəm, işim barədə danışmalıyam. Mən o görüşü müzakirə etmək istəmirəm. Xahiş edirəm ki, məni başa düşün”.
Son xəbərlər
Son Xəbərlər