Astana görüşünün əsas məqsədi açıqlandı

astana-gorusunun-esas-meqsedi-aciqlandi
Oxunma sayı: 1502

Yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Astanada Suriyaya dair aparılacaq danışıqların əsas məqsədi ötən il dekabrın 29-da əldə olunan sülh müqaviləsinin təsdiqlənməsidir.

Qafqazinfo” “Tass.ru”ya istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak edəcək mənbə bildirib.

“Görüşdə əsas məqsəd sülh razılaşmanın təsdiq olunmasıdır. Bununla bağlı ilkin iş artıq görülüb”, - deyə mənbə söyləyib.

Onun sözlərinə görə, danışıqlarda yeni təşəbbüslərin müzakirəsi mövcud deyil.

Qeyd edək ki, danışıqlarda 6 ölkə Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, ABŞ,BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edəcək.