Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın olub - Video

astanada-26-mertebeli-yasayis-kompleksinde-yangin-olub
Oxunma sayı: 3718

Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin çöl üzlüyünün yandığını müəyyən ediblər. Əraziyə 16 texnika və 72 nəfər cəlb olunub”, - deyə məlumatda qeyd olunub.

Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

***

Yaşayış binasında baş verən yanğını lokallaşdırılıb.

“Yanğın 180 kv.m ərazini əhatə edib, ölən və xəsarət alan olmayıb”, - deyə Qazaxıstan FHN məlumat yayıb.