Astanada valideynləri işdə olan 5 bacı yanaraq can verdi - Fotolar

astanada-valideynleri-isde-olan-5-baci-yanaraq-can-verdi
Oxunma sayı: 1869

Qazaxıstanın paytaxtı Astanada evlərin birində baş verən yanğın faciəyə səbəb olub.

“Qafqazinfo” “Tengrinews.kz”a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 bacı yanaraq həlak olub. Onlardan böyüyünün 13 yaşı var, kiçiyi isə 3 aylıqdır.

Yanğın zamanı uşaqların valideynləri işdə olub. Yaxınlıqda yaşayan qohumlarının sözlərinə görə, ev qəflətən alışıb və külə dönüb.