Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə xalça sərgisi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, xalçaların üzərində mis qablar, milli çalğı alətləri və digər eksponatlar tədbir iştirakçılarında xalçaçılıq sənətinə marağı daha da artırıb.
Sərgi iştirakçılarına məlumat verilib ki, Azərbaycan qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçalarının mənşəyi Bürünc dövrünə təsadüf edir.
Əsrlər boyu Azərbaycanın müxtəlif regionlarında müxtəlif xalçaçılıq məktəbi inkişaf edib. Qubada, Bakıda, Şirvanda, Gəncədə, Qazaxda, Qarabağda və Naxçıvanda toxunan xalçalar yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənir.
Mərasimdə qısametrajlı sənədli film də nümayiş olunub. Sərgidə Qazaxıstanda akreditasiyadan keçmiş diplomatik korpusların rəhbərləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, tanınmış şəxslər iştirak edib.

Son xəbərlər
Son Xəbərlər