Astara sakinindən odlu silah və narkotik vasitə aşkarlandı

astara-sakininden-odlu-silah-ve-narkotik-vasite-askarlandi
Oxunma sayı: 1629

Astarada rayon sakinindən odlu silah və narkotik vasitə aşkarlanaraq götürülüb.

 "Qafqazinfo"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunmuş Babali Əlizadə saxlanılıb. Saxlanılarkən müqavimət göstərməyə çalışsa da polis əməkdaşlarının sayıqlığı nəticəsində müqavimətinin qarşısı alınaraq polis şöbəsinə gətirilib.

B.Əlizadənin üzərinə keçirilən baxış zamanı 2 bükümdə narkotik vasitə olan heroin və bir ədəd “Makarov” tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb.