Astarada 13 kq çətənə kolu aşkarlandı

astarada-13-kq-cetene-kolu-askarlandi
Oxunma sayı: 2377

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə,Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının  "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini, əvvəllər məhkum olunmuş Məharət Bayramovun yaşadığı evin həyətindən 50 ədəd, ümumi çəkisi 13 kiloqram olan narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır