Astarada yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Züngüləş kəndində baş verib.
Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.
Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər