Astarada 25 yaşlı hamilə qadın öldü

Astarada 25 yaşlı hamilə qadın öldü
Oxunma sayı: 2441

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib.

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və bu onun ilk hamiləliyi imiş.

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır.