Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı minik avtomobili, yolu keçib anasına tərəf getmək istəyən, Cəlilabad rayonunun Çəmənli kənd sakini 5 yaşlı F. Nəzərovanı vurub.
Azyaşlı xəstəxanaya aparılarkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Surxan Şahbazov