***
16.49
Astara bazarındakı yanğın hələ də söndürülməyib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda yanğının söndürləməsi üçün 5 yanğınsöndürən cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb. Sonradan əlavə yanğınsöndürən də hadisə yeirnə cəlb olunub. Hazırda hadisə yerində 10-a yaxın yanğınsöndürən cəlb olunub. Lakin hələ də yanğının qarşısını almaq mümkün olmayıb.
Bazar rəhbərliyi ANS PRESS-in bölgə müxbirinə bildirik ki, bazarın ümumi sahəsi 5 min km.dir. Yanğın min kv.-ə yaxın ərazini əhatə edir.
Sahibkarlar bildirilər ki, onlara külli miqdarda ziyan dəyib.
16.22
Hələ ki, Astara bazarındakı yanğını sönürmək mümkün olmayıb. ANS PRESS-in məlumatına görə, hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
***
16.03
Bu gün saat 15 radələrində Astara rayonunun mərkəzi bazarında dəhşətli yanğın başlayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğının söndürüləməsinə çoxlu sayda yanğınsöndürən və canlı qüvvə cəlb olunub.
Hazırda yanğın güclü olduğu üçün alovun qarşısını almaq mümkün olmayıb. Hadisə yerində yanğınsöndürənlər çalışır.
Qeyd edək ki, bir neçə gün əvvəl Şəkinin də mərkəzi bazarında yanğın olmuşdu.
Son xəbərlər
Son Xəbərlər