Astarada ərzaq mağazası yandı

astarada-erzaq-magazasi-yandi
Oxunma sayı: 745


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən oteldən yanğınsöndürənlər tərəfindən 3 nəfər vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana və 3-cü mərtəbədə otel yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.