Astarada evdə ər-arvadın meyiti tapıldı

astarada-evde-er-arvadin-meyiti-tapildi
Oxunma sayı: 2034

Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər. 

Faktla bağlı araşdırma aparılır.