Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının şəhər ərazisində və Artupa kəndində keçirdikləri növbəti reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Sürücülərdən 20-si barədə inzibati cəza tədbirləri görülüb.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, reyd zamanı əsasən spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən və texniki baxışdan keçməyən sürücülər cəzalandırılıblar.
Yol polisinin "Saxla!" əmrinə məhəl qoymayan sürücülər barəsində də protokollar tərtib edilib.
Son xəbərlər
Son Xəbərlər