“Astarada sanitar-epidemioloji təhlükə yaranıb”

astarada-sanitar-epidemioloji-tehluke-yaranib
Oxunma sayı: 2311

“Astarada qrunt suları ilin 9 ayı səthə 1 metrə qədər qalxır. Bu sanitar-epidemioloji cəhətdən həddindən çox təhlükəlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Bu, birmənalı olaraq dənizə sıfır olan məsafədə planktonların dənizə axıtma ilə birgə, turşuluğun artması ilə birlikdə dəniz ekosisteminə ciddi təsir edir. Turizmin inkişafına ciddi problemlər yaradır”, - deyə deputat vurğulayıb.

Zaur Mirzə