Astarada toyda adam öldü -

astarada-toyda-adam-oldu-
Oxunma sayı: 753


"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, rayonun Şahağacı kəndinin sakini, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun qəfildən halı pisləşib. O, iştirak etdiyi toy məclisində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, mərhumun ürəyində qüsur olub. 

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

“Qafqazinfo”