Astarada velosipedçini maşın vurdu

astarada-velosipedcini-masin-vurdu
Oxunma sayı: 723

Astarada 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Azadlıq küçəsində qeydə alınıb. 
Belə ki, küçədə hərəkətdə olan iki "VAZ-2107" avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq yaxınlıqdakı velosipedçini vurub. 

Belə ki, rayon sakini, 35 yaşlı İsmayılov Nahid Şaban oğlu velosipedlə hərəkətdə olarkən naməlum avtomobil tərəfindən vurulub.

O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. N. İsmayılovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hazırda onu vurmuş sürücünün kimliyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.