Astarxanda polisə atəş açılıb - Ölənlər var

astarxanda-polise-ates-acilib
Oxunma sayı: 755

Rusiyanın Astarxan şəhərində naməlum şəxslər iki polis əməkdaşını güllələyiblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polis məlumat yayıb.

İnsident şəhərin Lenin rayonunda baş verib. Qəza yerində gələn Yol Patrul Xidmətinin əməkdaşlarına odlu silahdan atəş açılıb. Onlar aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Cinayətkarlar isə qaça biliblər.

İlkin ehtimala görə, şübhəlilər “Qazel” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Ölən polis əməkdaşlarından birinin iki övladı var.