“Aston Martin”in pilotu qəzaya düşərək yarışı dayandırdı - Fotolar

aston-martinin-pilotu-qezaya-duserek-yarisi-dayandirdi
Oxunma sayı: 1515

“Aston Martin” komandasının pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb kanadalı pilotun bolidini təhlükəsizlik səddinə çırpması olub.

Marşallar bolidi trekdən kənarlaşdırıblar.

Bakı şəhər halqasında hazırda 18 pilot mübarizə aparır. Daha əvvəl “Alpine” komandasının pilotu Esteban Okon texniki problemlərə görə mübarizəni dayandırıb.