“Aston Villa” 41 il sonra Çempionlar Liqasında

aston-villa-41-il-sonra-cempionlar-liqasinda
Oxunma sayı: 2184

İngiltərənin “Aston Villa” klubu 41 il sonra Çempionlar Liqasına vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, ötən gün keçirilən “Mançester Siti” - “Tottenham” (2-0) oyunundan sonra bəlli olub. 

“Tottenham” 63 xalla 5-ci pillədə, “Aston Villa” isə 68 xalla 4-cü yerdə qərarlaşıb. İngiltərə çempionatının bitməsinə 1 tur qalıb.

Qeyd edək ki, Unay Emerinin komandası son dəfə 1982-83 mövsümündə Çempionlar Liqasında oynayıb.