“AstraZeneca”nın 60-dan yuxarı yaşı olanlara vurulmasının səbəbi açıqlandı

astrazenecanin-60-dan-yuxari-yasi-olanlara-vurulmasinin-sebebi-aciqlandi
Oxunma sayı: 1925

TƏBİB “AstraZeneca” peyvəndi üçün yaş həddinin niyə 60 yaş üzəri müəyyən edilməsinə aydınlıq gətirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib. 

O qeyd edib ki, hazırda Azərbaycanda 4 növ peyvənd tətbiq edilir. 3 peyvənd 18 yaş üzəri şəxslərə vurulur. Lakin “AstraZeneca” peyvəndi məhdud sayda olduğuna görə, ilkin olaraq, yaşlı insanlara vurulur: 

“Strategiyada da vaksinasiya başlananda yaşlı və ya xroniki xəstəliyi şəxslərə prioritet verilib. Bu baxımdan, “AstraZeneca” peyvəndində də yaş məhdudiyyəti tətbiq edilir”.

Gülnar Əliyeva